Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell arasında görüş keçirilib.
AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, görüş zamanı Qazaxıstan və Aİ arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Beynəlxalq gündəlikdəki aktual məsələlər, o cümlədən Mərkəzi Asiya ölkələri arasında regional qarşılıqlı fəaliyyət ətrafında fikir mübadiləsi aparılıb.
Elşən Rüstəmov
Astana
Mənbə: AZƏRTAC