AZ

İsrail Müdafiə Qüvvələrindən Yaxın Şərqlə bağlı bəyanat

İsrail Müdafiə Qüvvələri öz aviasiyası sayəsində Yaxın Şərqin istənilən nöqtəsinə çata bilər.

"İki sahil" xarici KİV-lərə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Qersı Qalevi bəyan edib.

Qalev İsrail Hərbi Hava Qüvvələrinin Nevatim aviabazasındakı “F-35I” döyüş təyyarələri parkını ziyarəti zamanı bildirib ki, İsrail HƏMAS qüvvələrinə, o cümlədən onların komandirlərinə ağır zərbələr endirir: "Biz digər ərazilərdə də əməliyyatlara daim hazırıq. Bu aviabaza Yaxın Şərqin istənilən nöqtəsinə necə çatmağı yaxşı bilir".

Seçilən
439
6
ikisahil.az

6Mənbələr