AZ

Azərbaycan futbolunda mütləq rekord

Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün ilk het-triki qeydə alınıb.
 
Moderator.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verir ki, bu, I turun "Zirə" - "Səbail" oyununda (4:1) gerçəkləşib.
 
Davit Volkov birinci hissədə üç qol vurub. Gürcüstanlı hücumçu bununla da Azərbaycan çempionatları tarixinə düşüb. O, ən çox het-trik edən legioner adına yiyələnib.
 
Qeyd edək ki, "Zirə"də ikinci dəfə belə uğura imza atan Volkov "Sabah"ın heyətində də bir het-trik müəllifi olub. Üç het-trikə imza atan ilk legioner kimi tarixə düşən gürcüstanlı hərəyə iki dəfə fərqlənən Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov və Reynaldo Silvanı arxada qoyub.
 
 
 
 
 
 
Seçilən
46
12
moderator.az

10Mənbələr