AZ

İdmanKonfrans Liqası: "Zirə"nin legioneri Xorvatiya klubu ilə ilk oyunu buraxacaq

SİZİN REKLAM BURADA!055 213 76 73

"Zirə" Xorvatiyada "Osiyek" komandasına qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununa itki ilə çıxacaq.

"Report"un məlumatına görə, Bakı klubunun futbolçusu Salifu Suma sözügedən matçda iştirak edə bilməyəcək.

Buna 21 yaşlı hücumçunun cəzasının davam etməsi səbəb olub.

Bakıda Moldovanın "Şerif" kollektivinə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə birbaşa qırmızı vərəqə alan forvard üç oyunluq diskvalifikasiya edilmişdi. O, Konfrans Liqasında Slovakiyanın “DAK 1904” komandasına qalib gəldikləri hər iki qarşılaşmanı (4:0, 2:1) da buraxıb.

Qeyd edək ki, avqustun 8-də keçiriləcək "Osiyek" - "Zirə" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.

Far.Az

Seçilən
18
4
far.az

5Mənbələr