AZ

Hakan Fidan: “Can Azərbaycanın Zəfər Gününü ürəkdən təbrik edirəm” - FOTO

Türkiyənin xarici işlər naziri Hakan Fidan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib. 

Bizim.Media xəbər verir ki, bu barədə diplomat “X” hesabında paylaşım edib. 

“Can Azərbaycanın 8 Noyabr – Zəfər Gününü ürəkdən təbrik edirəm. 

Zəfərin üçüncü ildönümündə Qarabağ Azərbaycan bayrağı altında əmin-amanlığa qovuşmasının coşqusunu yaşayır. 

44 günlük dastansəra mübarizəni zəfərlə taclandıran bütün qəhrəmanlarımızı şükranla, şəhidlərimizi ehtiramla yad edirəm. Qarabağ Azərbaycandır!”, – deyə H. Fidan qeyd edib. 


Bizim.Media

Seçilən
353
19
bizim.media

10Mənbələr