Azərbaycan Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Nağıqızı DTX rəisi Əli Nağıyevə doğum günündə şeir həsr edib.Qeyd edək ki, Mahirə Nağıqızı DTX rəisinin bacısıdır.Gununsesi.info həmin şeiri təqdim edir:QardaşımƏlinin doğum gününəAy bacılar, biz başına dolanaq,
Yatan evin oyağıdır qardaşım.
Ocaq olaq qarasına qalanaq,
Dərd dərmanı, göz yağıdır qardaşım.Hər bacıya qismət olmaz neməti,
O, bacının adı-sanı, qiyməti,
Anamızın dizlərinin taqəti,
Dünyasının boyağıdır qardaşım.Gözüm açıb onu arxa görmüşəm,
Müxənnəti çəkib çarxa görmüşəm.
Yaşamayıb baxtabaxta görmüşəm,
Qismətinin ayağıdır qardaşım.Böyük-kiçik, hörmətdə yaş biləndi,
Təmizliyi dünyada baş biləndi.
Dostlarını doğma qardaş biləndi,
Belə ağa sayağıdır qardaşım.Nahidətək üzüyünün qaşı var,
Üç balası- balaların başı var.
Uca dağdır, zirvəsi var, başı var,
Nəvələrin oylağıdır qardaşım.Haqq-ədalət qalaçası, səngəri,
Düz yoludur- taleyinin misgəri,
Millətinin, rəhbərinin əsgəri,
Adın- sanın layiqidir qardaşım.Nazlı nənə, Tanrı onun köməyi,
Kimlər üçün keçməyibdir əməyi?
Ay Mahirə, Həsən Mirzə deməyi,
El- obanın dayağıdır qardaşım. Mahirə Nağıqızı
Gununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta