AZ

Olimpiya çempionlarımız Avropa reytinqinin liderləri arasında

Dünya reytinqində lider olan Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Avropa cüdoçularının sıralamasında da mövqelərini möhkəmləndiriblər.

İdman.biz xəbər verir ki, Avropa reytinqində 7 çəkidə 4 ölkə təmsilçiləri liderdir.

Azərbaycan, Gürcüstan və Fransanın daha çox – hərəyə 2 idmançısı zirvədə qərarlaşıb. Öz çəkilərində birinci yerləri gürcülər Tato Qriqalaşvili (81 kq) və Laşa Bekauri (90 kq), fransalılar Luka Mheidze (60 kq) və Teddi Riner (+100 kq) tutur.

Avropa reytinqinin ən yüksək pilləsində moldovalı Denis Vieru da qərarlaşıb. O, 66 kq çəkidə liderdir.

İdman.biz

Seçilən
24
2
idman.biz

5Mənbələr