AZ

Paris-2024: Rafiq Hüseynov Olimpiadanı mükafatsız başa vurdu

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Paris-2024 Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub. Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Paris-2024 Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub. Matc.az xəbər verir ki, 87 kq çəki dərəcəsində yarışan idmançımız 1/8 final mərhələsində David Losonçi (Macarıstan) ilə qarşılaşıb. Hüseynov rəqibinə 2:5 hesabı ilə uduzub. Macarıstan təmsilçisi David Losonç isə finala vəsiqə qazana bilmədiyindən, Rafiq Hüseynov da təsəlliverici görüşə qatıla bilməyəcək. Qeyd edək ki, Paris-2024 avqustun 11-də sona çatacaq.  

Seçilən
46
1
matc.az

10Mənbələr