Sankt-Peterburqda insanlara hücumlarda iştirak edən 17 yaşlı yeniyetmə saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsindən (BQR) məlumat verilib.
Onun barəsində ittiham elan edilib, həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.
REN TV-nin məlumatına görə, gənc əslən Lipetskdən olsa da, Sankt-Peterburqda yaşayırmış. Məlum olub ki, o, özünü "Azərbaycan mafiyası" adlandıran gənclərlə birlikdə 21 yaşlı yerli sakinə hücum edib.
Hücumların digər iştirakçılarının müəyyənləşdirilməsi davam edir.