AFFA İntizam Komitəsi “Zirə” klubunun futbolçusu Vladislav Kulaçı cəzalandırıb.Gununsesi.info xəbər verir ki, buna ukraynalı futbolçunun təcavüzkar davranışı səbəb olub.30 yaşlı hücumçu Azərbaycan Premyer Liqasının XII turunun “Sabah” – “Zirə” görüşünün 90-cı dəqiqəsində təcavüzkar davranışa yol verdiyinə görə 4 oyun cəzalanıb. Paytaxt klubu isə 3000 manat cərimələnib.Qeyd edək ki, bu qarşılaşma “Zirə”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Gununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta