Paris-2024: Atlet stadionda sevgilisinə evlilik təklif etdi
Braziliyalı atlet Almir Dos Santos Parisdə keçirilən Olimpiya Oyunlarında üç təkanla tullanma üzrə finaldakı çıxışını başa vurduqdan sonra stadionda sevgilisinə evlənmə təklifi edib.BUTA.TV xəbər verir ki, idmançının sevgilisi təklifi müsbət cavablandırıb. Dos Santos hündürlüyə tullanma üzrə yarışlarda 11-ci yeri tutub. Onun ən yaxşı cəhdi 16,41 metr olub.