Məlum olduğu kimi, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. O, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizəd olub.
“Azpolitika" “Modern.az”a istinadən xəbər verir ki, daha 3 diplomatımız da namizəd kimi iştirak edir.
Onlardan biri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi, ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədovdur. O, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb.
