AZ

"Araz-Naxçıvan" - "Şamaxı" – CANLI YAYIM

Azərbaycan Premyer Liqasının II turunda bu gün daha iki oyun keçiriləcək.

Sportinfo.az xəbər verir ki, əvvəlcə "Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Şamaxını qəbul edəcək.

Saat 18:45-də başlayacaq qarşılaşmanı Fərid Hacıyev idarə edəcək.

Günün son matçı "ASCO Arena"da "Səbail" və "Neftçi" klubları arasında oynanılacaq. Saat 20:00-da başlayacaq görüşü Kamal Umudlu idarə edəcək.

İlk turda "Araz-Naxçıvan" "Qarabağa" 1:4 hesabı ilə məğlub olmuşdu. "Şamaxı" - "Sabah" matçında 2:2 bərabərlik qeydə alınmışdı.

"Səbail" 1:4 hesabı ilə "Zirə"yə yenilmişdisə, "Neftçi" - "Turan Tovuz" görüşündə qol vurulmamışdı.

II tur

18:45. “Araz Naxçıvan” – “Şamaxı”

Hakimlər: Fərid Hacıyev, Zohrab Abbasov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.

VAR: Cavid Cəlilov.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: İlham Əliyev.

Mərdəkan, "Liv Bona Dea Arena".

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 1. Vüsal Şabanov, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 14. Miço Kuzmanoviç

Baş məşqçi: Elmar Baxşıyev

“Şamaxı”: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 32. Vasiliye Radenoviç, 11. Conatan Benteke, 7. Giorgi Kantariya, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 97. Elşad Tağıyev, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 93. Brahim Konate

Baş məşqçi: Ayxan Abbasov

21:00. “Səbail” – “Neftçi”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Kamran Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Nəriman Axundov.

ASCO Arena.

Seçilən
60
10
sportinfo.az

10Mənbələr