“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: “Şamaxı” Azərbaycan Premyer Liqasının II turunda səfərdə “Araz-Naxçıvan”a 0:1 hesabı ilə məğlub olub. Matc.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: - Oyun bərabərliyə gedirdi. Yüz faizlik qol fürsətlərindən istifadə edə bilmədik. Çempionatın əvvəlidir. Oyundan-oyuna daha yaxşı olacağıq. Qol buraxandan sonra komandanın oyunundan razı qaldım. Bəzi futbolçular yenidir. Çempionata uyğunlaşmadıqları görünür. Amma qarşımıza qoyulan məqsədə çatacağıq. Komandaya inanıram. - Çatışmayan cəhətləriniz nədir? - Çatışmazlıqlar çoxdur, bunu bilirik. Sıfırdan qurulan komandayıq. Adi qol epizoduna baxın. Futbolçuların bir-birini başa düşməməsi görünür. Rəqib bir faiz şansından istifadə etdi. “Araz-Naxçıvan”ın heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular çoxdur. Maçado bir epizoddan yararlandı. Bu da onun ustalığıdır. Çatışmazlıqlar çoxdur deyə həvəsdən düşməli deyilik.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta