AZ

Paşinyan 3 prinsipli sülhdən danışdı

Ermənistan tərəfinin Azərbaycanla üç prinsip əsasında sülh müqaviləsi imzalamağa ümid edildiyi açıqlanıb. 

“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Sülh Forumundakı panel müzakirəsində deyib.

O bildirib ki, birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan 29,8 min və 86,6 min kvadratmetr hüdudlarda bir-birinin ərazi bütövlüyünü tanıyır.

İkinci prinsip sərhədlərin delimitasiyası və demarkasiyasının 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun aparılmasıdır.

Üçüncü prinsip regional kommunikasiyaların keçdiyi ölkələrin suverenliyi, yurisdiksiyası və qanunvericiliyi çərçivəsində aparılmasına aiddir.

Seçilən
311
36
oxu24.com

10Mənbələr