AZ

Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Bakı-Şamaxı-Yevlax

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 13-ü saat 06:00-dan avqustun 16-sı saat 19:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20,32-23,22 kilometrlik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Seçilən
47
12
azertag.az

10Mənbələr