Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxacaq. Komanda Razqradda Bolqarıstanın “Ludoqorets” kollektivinin qonağı olacaq.
“Ludoqorets Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İtaliyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk matçda “Qarabağ” 1:2 hesabı ilə məğlub olub.
13 avqust
“Ludoqorets” - “Qarabağ”
Ludoqorets Arena. Saat 22:00
Baş hakim: Simone Sozza
Baş hakimin köməkçiləri: Giorgio Peretti, Davide İmperiale
Dördüncü hakim: Matteo Marchetti
VAR hakimləri: Gianluca Aureliano, Marco Serra
(Hakimlər briqadası İtaliyadandır)