AZ

Naxçıvanda ot bağlamalarında və ekskavatorda yanğın baş verib

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112”qaynar telefon xəttinə Şərur rayonu Maxta kəndində otbağlamalarında, Sədərək rayonu Dəmirçi kəndində "CAT-330" markalıekskavatorda yanğınların baş verməsi barədə məlumat daxil olub.

Trend nazirliyə istinadənxəbər verir ki, məlumatla əlaqədar dərhal Şərur Rayon YanğındanMühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri vətəxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınlarıngenişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb və alovqısa müddətdə söndürülüb.

Hadisə nəticəsində 6300 kiloqram ot bağlaması yanıb. 7200kiloqram ot bağlaması, sahənin qalan hissəsi və ətraf əraziləryanğından mühafizə olunub.

Məqalədə:
Seçilən
138
13
az.trend.az

10Mənbələr