AZ

Çempionlar Liqası: “Qarabağ” – “Ludoqorets” oyununda ikinci hissə başlayıb YENİLƏNİB-6

Çempionlar

Bakı, 13 avqust, AZƏRTAC

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında keçirilən oyunda ikinci hissə başlayıb.

AZƏRTAC xəbər verir ki, hesab 2:3 “Qarabağ”ın xeyirinədir.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22:58

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandalarının oyununda beşinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, görüşün ilk hissəsinə əlavə olunan altıncı dəqiqədə Ağdam təmsilçisinin heyətində Patrik Andrade komandasını önə keçirib. Bununla da komandalar fasiləyə yollanıb.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22:55

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında keçirilən oyunda dördüncü qol vurulub.

AZƏRTAC xəbər verir ki, görüşün ilk hissəsinə əlavə olunan birinci dəqiqədə Ağdam təmsilçisinin heyətində Yassin Benzia penaltidən komandasının ikinci topuna imza atıb.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22:29

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bolqarstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında oyunda üçüncü qol vurulub.

AZƏRTAC xəbər verir ki, görüşün 21-ci dəqiqəsində rəqibin heyətində Kvadvo Duah penaltidən özünün və komandasının ikinci topuna imza atıb.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22:23

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bolqarstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında keçirilən oyunda ikinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, görüşün 13-cü dəqiqəsində rəqibin heyətində Kvadvo Duah fərqlənib.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22:18

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında keçirilən oyunda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, görüşün 7-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Olavio Juninyo fərqlənib.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22:01

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında oyun başlayıb.

AZƏRTAC xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 22:00-da start götürüb.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
38
13
azertag.az

10Mənbələr