AZ

ABŞ təyyarəsi Aralıq dənizinə düşüb, ölənlər var

ABŞ

ABŞ-ın Avropa Komandanlığı noyabrın 10-da hərbi təlim çərçivəsində Aralıq dənizinə düşən təyyarə ilə bağlı açıqlama yayıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, açıqlamada noyabrın 10-da hərbi təlim çərçivəsində havada yanacaq doldurma zamanı təyyarədə qəza yarandığını və bu səbəbdən Aralıq dənizinə düşməsi təsdiqlənib: "ABŞ-a məxsus hərbi təyyarəhərbi təlim çərçivəsində havada yanacaq doldurma missiyası zamanı Aralıq dənizinə düşüb. Təyyarədə olan 5 hərbçinin hamısı həlak olub".

Komandanlıq təyyarənin vurulmadığını xüsusilə vurğulayıb: "Əlbəttə, hadisənin səbəbi araşdırılır. Ancaq dəqiqliklə diqqətə çatdırırıq ki, təyyarə hər hansı bir düşmən tərəfindən vurulmayıb".

Xatırladaq ki, HƏMAS oktyabrın 7-də İsrailə qəfil hücumundan sonra ABŞ Aralıq dənizinin şərqionə iki nəhəng təyyarədaşıyan savaş gəmisi göndərib. Bununla yanaşı, Amerika dənizdə hərbi təlimə başlayıb.

E.ARAZ

Reyting.az
Seçilən
896
50
reyting.az

10Mənbələr