Ermənistanın keçmiş müdafiə naziri, Koçaryanın partiyasının parlamentdəki fraksiya sədri Seyran Ohanyan deyir ki, “ermənilər Qarabağa ev sahibi kimi qayıtmalıdır”. Bunun üçün o təklif edir ki, erməni xalqı vahid şəkildə birləşməli, “beynəlxalq səviyyədə tanınmış formatda danışıqlar tezliklə bərpa edilməlidir”. Yəni Minsk qrupu yenidən işə düşməlidir və s. və ilaxır.Bakı-İrəvan xəttində məsələ olmaqdan çıxan Qarabağ mövzusu Ermənistanın daxili siyasətində iqtidar-müxalifət məsələsinə çevrilib. Ohanyan dedikləri də firqə davasından qaynaqlanır. Lakin erməni revanşistlərin – daşnakların Qarabağ iddiasını daim diri saxlamağa çalışacağı və şəraitin yaranacağı günə qədər gözləyəcəkləri də bəllidir. Ermənistanda onların qarşısını alacaq yeganə tərəf isə hələki Paşinyandır.Müəllif: Asif NərimanlıTəqdim etdi: (Ərsoyun Bloqu)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta