Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin kiçik qardaşı, iri biznesmen Bolat Nazarbayev uzun sürən xəstəlikdən sonra 71 yaşında vəfat edib.Gununsesi.info xəbər verir ki, bu barədə ratel.kz informasiya-analitik portalı məlumat yayıb.Məlumata görə, Bolat Nazarbayev bu gün səhər dünyasını dəyişib.Noyabrın əvvəllərində Bolat Nazarbayevin Almatı Mərkəzi Klinik Xəstəxanasına yerləşdirildiyi məlum olub. Bəzi KİV-in məlumatına görə, o, ikinci dəfə infarkt keçirərək xəstəxanaya yerləşdirilib.Bolat Nazarbayev 1953-cü ildə anadan olub. O, “BN Invest” holdinqinə rəhbərlik edib, eyni zamanda “Salikalı Urpak” (“Soylu nəsil”) ictimai fondunun təsisçisi olub.Gununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta