AZ

“Neftçi”nin futbolçusuna cəza, kluba cərimə

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Msport.az xəbər verir ki, toplantıda Premyer Liqanın II turunda baş verənlərə hüquqi qiymət verilib.

“Neftçi”nin futbolçusu Ervin Koffini iki oyunluq cəzalandırıb.

buna fransalı müdafiəçinin “Səbail”lə heç-heçə (1:1) etdikləri matç bitdikdən sonra azarkeşlərə kənar əşya atması səbəb olub.

“Ağ-qaralar” buna görə 2000 manat cərimələnib.

“Neftçi” görüş bitdikdən sonra fanatların iğtişaş törətməsi ucbatından 4000 manat ziyana düşüb.

“Səbail” isə sözügedən qarşılaşmada beş futbolçusu sarı vərəqə ilə cəzalandığından 700 manat ödəməli olacaq.

İK “Turan Tovuz”u 700 manat cərimələyib. Bölgə təmsilçisinin dörd üzvü “Sumqayıt”a qalib gəldikləri görüşdə (1:0) sarı vərəqə görüb.

Seçilən
22
13
msport.az

10Mənbələr