Tayvan sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin episentri təxminən 350 min nəfər əhalisi olan Hualien şəhərindən 27 km cənub-şərqdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Mənbə: AZƏRTAC