AZ

Putin gələn il seçkilərdə iştirak edəcək? - Peskovdan cavab

Rusiya prezidenti Vladimir Putin növbəti prezident seçkilərində iştirakla bağlı hələ qərar verməyib.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu onun mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib: "Aydındır ki, seçkilərin elan olunma vaxtı yaxınlaşır, lakin hələlik heç bir qərar yoxdur. Onlar gələn kimi sizə məlumat verəcəyik".

D. Peskov Rusiya prezidentinin seçkilərdə iştirakı mövzusunun politoloqların və digər mütəxəssislərin diqqətini getdikcə daha çox cəlb etməsini də başa düşülən adlandırıb.


Telegram kanalımız
Seçilən
666
50
yenisabah.az

10Mənbələr