AZ

"Zirə"dən PFL-ə müraciət

"Zirə" komandası Azərbaycan Premyer Liqasının III turundakı "Araz-Naxçıvan"la oyunun təxirə salınmasını istəyir.

 

Sportnet.az xəbər verir ki, Bakı təmsilçisi artıq bununla bağlı Peşəkar Futbolı Liqasına müraciət edib.

 

"Qartallar" UEFA Konfrans Liqasının pley-off mərhələsində Kiprin "Omoniya" kollektivi ilə matça yaxşı hazırlaşmaq məqsədi ilə bu addımı atıb.

 

Naxçıvan klubu razılıq versə, görüş qeyri-müəyyən müddətə təxirə salınacaq.

 

Qeyd edək ki, "Zirə" - "Araz-Naxçıvan" qarşılaşması avqustun 18-də təşkil olunmalıdır. Azərbaycan komandası "Omoniya" ilə ilk oyununu avqustun 22-də səfərdə keçirəcək. Cavab matçı avqustun 29-da baş tutacaq. (Report.az)


Seçilən
1
5
sportnet.az

6Mənbələr