
Yaponiyaya yaxınlaşan "Ampil" qasırğası ölkənin nəqliyyat sistemində fasilələrə səbəb olub.Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, "All Nippon Airways" və "Japan Airlines" aviakompaniyaları cümə günü ölkənin paytaxtı Tokio hava limanlarında 654 daxili və beynəlxalq uçuşu ləğv edib. Uçuşların ləğvi və gecikmələr Osakanın Tyubu və Kansay bölgələrindəki hava limanlarınin işinə da təsir göstərib.
Bundan başqa, Tokio və Naqoya şəhərləri arasında sürət qatarlarının hərəkəti dayandırılıb. Yaponiya paytaxtında Todzay metro xəttində hərəkət məhdudlaşdırılıb. Əlverişsiz hava şəraiti səbəbindən, həmçinin "Tokyo Disneyland" bağlanıb.
Zərintac MayisqızıMissiya.Az