AZ

Millimiz Bakı mərhələsində mübarizəyə başlayır

Bu gün Azərbaycan millisi 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsində mübarizəyə başlayır.

 

Sportnet.az xəbər verir ki, yığma C qrupunda yer alacaq.

 

Komanda ilk matçını Almaniyanın “Düsseldorf ZOOS” kollektivinə qarşı keçirəcək. Görüş saat 16:50-də başlayacaq.

 

Ratomir Deliçin baş məşqçisi olduğu milli ikinci oyununda təsnifat mərhələsinin qalibi ilə görüşəcək. Bu qarşılaşma saat 18:30-a təyin edilib.

 

Dörd qrupun hər birində ilk iki yeri tutanlar 1/4 finala yüksələcək.

 

Qeyd edək ki, Bakı mərhələsi avqustun 18-də başa çatacaq.


Seçilən
2
3
sportnet.az

10Mənbələr