AZ

Avropa çempionatı: Azərbaycan voleybol millisi Avstriya seçməsinə məğlub olub

Avropa çempionatı: Azərbaycan voleybol millisi Avstriya seçməsinə məğlub olub

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv ilk görüşdə Avstriya yığmasının qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, B qrupunda yer alan Azərbaycan komandasının təsnifat mərhələsindəki növbəti oyunu avqustun 24-də Bakıda Belçika seçməsinə qarşı olacaq.

Mənbə: AZƏRTAC

Seçilən
40
50
ilk.az

10Mənbələr