AZ

"Sabah"dan ayrılan futbolçu ABŞ klubunda

"Sabah"dan ayrılan Jarl Marqaritanın yeni klubu müəyyənləşib.

Sportnet.az xəbər verir ki, kuraslu vinger karyerasını ABŞ-də davam etdirəcək.

Marqarita II Liqada mübarizə aparan "Finiko Rayzinq"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.24 yaşlı ön xətt oyunçusu ilə imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, Jarl Marqarita 2023/2024 mövsümündə "Sabah"da çıxış edib. O, Masazır təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Seçilən
31
38
sportnet.az

10Mənbələr