AZ

Fernando Santuş ən yaxşı baş məşqçilərin siyahısında

Nüfuzlu “FourFourTwo” nəşri Futbol tarixinin ən yaxşı milli məşqçilərinin siyahısını tərtib edib.

 

Sportnet.az xəbər verir ki, cədvəldə 32 mütəxəssis göstərilib.

 

Siyahıya Helmut Şön başçılıq edir. 1964-78-ci illərdə AFR yığmasını çalışdıran mütəxəssis DÇ-1974 və AVRO-1972-nin qızıl, DÇ-1966 və AVRO-1976-nın gümüş, DÇ-1970-in bürünc mükafatını qazanıb.

 

İtaliyalı Vittorio Pottso ikinci, ispaniyalı Visente del Boske üçüncüdür. “Top-5”də braziliyalı Mario Zaqalo və fransalı Didye Deşam da yer alıb. Azərbaycan millisinin baş məşqçisi Fernando Santuş 28-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Santuş Portuqaliya millisi ilə AVRO-2016-nın qalibi olub.


Seçilən
11
2
sportnet.az

5Mənbələr