"Barselona" azərbaycanlı futbolçusu Eldar Tağızadəni icarəyə verib.
"Football-plus.az" xəbər verir ki, 21 yaşlı qapıçı karyerasını İspaniyanın 4-cü liqasında mübarizə aparan "Tudelano"da davam etdirəcək. Onunla 2025-ci ilin yayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, Eldar Tağızadə avqustun 10-da "Barselona"nın B komandasına transfer olunmuşdu. Onun Kataloniya təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.