EN

Hakimlər Komitəsinin sədri “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunundakı mübahisəli epizoda aydınlıq gətirib

Hakimlər

Bakı, 23 sentyabr, AZƏRTAC

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının VII turunda keçirilmiş “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunundakı mübahisəli epizoda aydınlıq gətirib.

AZƏRTAC xəbər verir ki, belçikalı funksioner bununla bağlı federasiyanın rəsmi saytına açıqlama verib.

“Top havada olan zaman “Araz-Naxçıvan” komandasının oyunçusu Ramon Maçado topa oynamaq istəyir və ayağının ucu ilə “Turan-Tovuz” komandasının futbolçusu Roderik Millerin başına zərbə endirir. Hakim futbolçunun düşüncəsiz davranışına görə ona sarı vərəqə göstərir. Təlimatlara əsasən, “Araz-Naxçıvan”ın oyunçusunun topa baxdığını və topa oynamaq istədiyini nəzərə alaraq, verilən sarı vərəqəni dəstəkləyirik. O, ayağının ucu ilə (butsun altı ilə deyil) müdafiəçinin başına/üzünə aşağı intensivliklə və o qədər də güclü olmayan zərbə endirir. Təhlükəli vəziyyət olsa da, Maçadonun etdiyi qəsdən təmas/qayda pozuntusu deyil.

Qeyd edək ki, həmin matçda “Araz-Naxçıvan” “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəlib.

Chosen
42
17
azertag.az

10Sources