EN

Açılış turunda daha 2 oyun

Azərbaycan Basketbol Liqasında cari mövsümün ilk turunda bu gün daha iki qarşılaşma baş tutacaq.

Sportnet.az xəbər verir ki, əvvəlcə NTD və "Abşeron" komandaları üz-üzə gələcək.

Bölgə təmsilçiləri Bakı İdman Sarayında görüşəcək. Matç saat 12:30-da başlayacaq. Digər qarşılaşma isə "Lənkəran" və "Gəncə" arasında olacaq. Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək oyunun start fiti saat 14:00-da səsləndiriləcək.

Hər iki oyun A qrupunda baş tutacaq.

Qeyd edək ki, I tura oktyabrın 20-də yekun vurulacaq. Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə aparır.


Chosen
24
3
sportnet.az

10Sources