EN

“Neftçi” “Səbail”i məğlub etdi

Azərbaycan Premyer Liqasının X turunda "Neftçi" "Səbail" ilə qarşılaşıb.

Yenisabah.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda "Neftçi Arena"da baş tutan qələbə qazanıb - 3:1.

"Neftçi"nin qollarını Ramil Şeydayev (45+3) və Dembo Darbo (58, 67) rəqib qapısından keçirib. "Səbail"də isə isə 90+3-cü dəqiqədə Samir Abdullayev fərqlənib. vakansiya

Qeyd edək ki, X turda bu gün baş tutan "Şamaxı" - "Araz Naxçıvan" görüşü qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Turun ötən gün keçirilən "Kəpəz" - "Qarabağ" matçından isə Ağdam təmsilçisi böyük hesablı üstünlüklə ayrılıb - 5:0. X turun digər görüşləri sabah oynanılacaq.


Telegram kanalımız
Chosen
34
18
yenisabah.az

10Sources