EN

Qatarlarda ödənişsiz “Wi-Fi” istifadəyə verilir

Bu gündən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkədaxili qatarlarda test rejimində ödənişsiz “Wi-Fi” xidmətini tətbiqinə başlayır.

Demokrat.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, pilot layihə çərivəsində ilkin olaraq Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarların birində bu xidmət istifadəyə veriləcək. Mərhələli şəkildə “Wi-Fi” bağlantısı ölkədaxili istiqamətlərdə xidmət göstərən digər qatarlarda da aktivləşdiriləcək, yazışmalar və onlayn axtarış üçün rahat internet bağlantısı təqdim ediləcək.

Chosen
90
31
demokrat.az

10Sources