HƏMAS və İsrail arasında əldə olunan razılaşma əsasında Qəzzaya hücumlar müvəqqəti dayandırılıb, əsir mübadiləsi üçün 4 günlük humanitar fasilə başlayıb. Manset.az xəbər verir ki, tərəflər arasındakı razılaşmaya əsasən, HƏMAS İsrailin azad edəcəyi 150 fələstinli məhbus müqabilində 50 girovu sərbəst buraxacaq.Qətər Xarici İşlər Nazirliyi atəşkəsin bu gün səhər 08:00-da başladığını açıqlayıb. İsrail tərəfinə 13 məhbusdan ibarət ilk qrup saat 17:00-da Qəzzadan göndəriləcək.Razılaşmaya əsasən, hər gün Qəzza zolağına 200 yardım və 4 yanacaq daşıyan maşının daxil olmasına icazə veriləcək.