AZ

HƏMAS və İsrail arasında 4 günlük müvəqqəti atəşkəs başlayıb

HƏMAS və İsrail arasında əldə olunan razılaşma əsasında Qəzzaya hücumlar müvəqqəti dayandırılıb, əsir mübadiləsi üçün 4 günlük humanitar fasilə başlayıb.

Tərəflər arasındakı razılaşmaya əsasən, HƏMAS İsrailin azad edəcəyi 150 fələstinli məhbus müqabilində 50 girovu sərbəst buraxacaq.

Qətər Xarici İşlər Nazirliyi atəşkəsin bu gün səhər 08:00-da başladığını açıqlayıb. İsrail tərəfinə 13 məhbusdan ibarət ilk qrup saat 17:00-da Qəzzadan göndəriləcək.

Razılaşmaya əsasən, hər gün Qəzza zolağına 200 yardım və 4 yanacaq daşıyan maşının daxil olmasına icazə veriləcək.

Seçilən
756
20
baku.ws

10Mənbələr