İsrail qüvvələri Qəzzada "Şəfa" xəstəxanasının direktorunu saxlayıb.
Publika.az xəbər verir ki, xəstəxananın direktoru Munir Əl-Berş xəstəxanaya daxil olmaq üçün əməliyyata başlayan İsrail ordusunun zabitinə “Məni xəstələrim arasından götürüb həbs etmək və ya öldürmək istəyirsənsə, problem yoxdur, hazıram, amma əməkdaşlıq etməyəcəyəm" sözlərini deyib.
Berş, "Hər gün burada yaralılarla məşğul oluram, şəhidləri görürəm. Onlara necə güvənə bilərəm? Onlara etibar etmək olmaz" deyə qeyd edib.
İsrail və HƏMAS noyabrın 23-də qüvvəyə minəcək atəşkəs barədə razılığa gəliblər. 4 günlük humanitar fasilə olacaq. HƏMAS-ın saxladığı 50 israilli məhbusun qarşılığında İsrail həbsxanalarında olan 150 fələstinli azad ediləcək.