EN

Moskvada erməni iş adamına məxsus restoran BAĞLANDI  

"Rospotrebnadzor" Moskvada erməni iş adamının restoranının fəaliyyətini dayandırıb.

Parol.az xəbər verir ki, qurumun saytında Moskvanın 2-ci Brestskaya küçəsi 48 ünvanında yerləşən “The Бык” restoranının fəaliyyətinin 60 gün müddətinə dayandırılması haqqında məlumat yerləşdirilib.

Qeyd olunub ki, restoranda keçirilən plandankənar təsadüfi yoxlama zamanı sanitar-epidemioloji tələblərin və texniki qaydaların çoxsaylı kobud şəkildə pozulması halları müəyyən edilib.

Qeyd edək ki, məlum restoranlar şəbəkəsi erməni iş adamı Mexak Qalstyana məxsusdur.

Chosen
208
parol.az

1Sources