EN

Millimizin UEFA İnkişaf Turnirində iştirak edəcəyi heyət bəlli olub

17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandasının aprelin 9-dan 12-dək Bakıda təlim-məşq toplanışı olacaq.

İdman.biz xəbər verir ki, millimiz (U-17) aprelin 13-dən 20-dək Moldovanın paytaxtı Kişineuda UEFA İnkişaf Turnirində iştirak edəcək.

Yığmamız turnirdə Moldova, Gürcüstan və Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.

Bakıda baş tutacaq təlim-məşq toplanışına dəvət alan futbolçuların siyahısı və UEFA İnkişaf Turnirindəki oyunların təqvimi ilə tanış ola bilərsiniz:

14 aprel
15:30. Moldova – Azərbaycan
“Zimbru” stadionu
16 aprel
12:00. Azərbaycan – Gürcüstan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi
19 aprel
12:00. Estoniya – Azərbaycan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi

S.
Ad / Soyad
Klub
Chosen
158
11
idman.biz

10Sources