EN

ABL: "Abşeron" "Naxçıvan"ı məğlub etdi

Basketbol üzrə Azərbaycan çempionatında pley-off mərhələsinin cavab oyunları keçirilir.

Bu gün Basketbol üzrə Azərbaycan Liqasının pley-off mərhələsi davam edib.

Operativ Media xəbər verir ki, 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Abşeron" "Naxçıvan"ı qonaq edib. Oyun "Abşeron"un qələbəsi ilə yekunlaşıb. Ümumi hesab 1-1 olduğundan, 3-cü qarşılaşma keçiriləcək.

Azərbaycan Basketbol Liqası 

Pley-off mərhələsi, cavab oyunları 

22 aprel

19:00 "Abşeron" – "Naxçıvan" - 85:79 (10:21, 20:20, 31:21, 24:17)

Bakı, İdman Sarayı. Seriyanın hesabı 1:1.

Qarşılaşmanın ən yaxşı oyunçusu 22 xal toplayan İsmayıl Abdullayev olub.

Seriyanın üçüncü oyunu aprelin 24-də baş tutacaq.

Chosen
519
5
operativmedia.az

10Sources