EN

"Santos" Neymara yeni müqavilə təklif edəcək: Amma şərtləri var

"Braziliyanın “Santos” klubu hücumçu Neymarla müqaviləni uzatmaq üçün iş aparır.

Publika.az xəbər verir ki, ulduz futbolçunun hazırkı sözləşməsi iyul ayında başa çatır. Yeni təklifdə əmək məhsuldarlığına dair şərtlərin əlavə olunması nəzərdə tutulur ki, bu da futbolçunun 2026-cı il dünya çempionatına qədər komandada qalmasına imkan versin.

“Santos”un direktoru "Veja" nəşrinə açıqlamasında deyib: “Neymarın oynaması vacibdir. Heç olmasa ona görə ki, daha çox qazansın”.

Neymar cari mövsümdə bütün turnirlər daxil olmaqla 11 oyunda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə verib.

Chosen
78
50
publika.az

10Sources