AZ

Azarkeşlər onu hədəfə aldılar: Millidə olmamalıdır! – FOTO

İngiltərə azarkeşləri inanır ki, Seneqala 1:3 hesabı ilə uduzduqları oyundan sonra bir oyunçu heyətdən kənarlaşdırılmalıdır.

Publika.az xəbər verir ki, azarkeşlər onun İngiltərə millisinin futbolçusu səviyyəsində olmadığını iddia edirlər. Həmin futbolçu Entoni Qordondur.

Azarkeşlərin sosial şəbəkələrdə yazdıqları bir neçə şərhə diqqət edək:

“Qordonun hətta “Nyukas”lın ən yaxşı sol cinah oyunçusu olmadığı halda İngiltərə millisinə seçildiyini düşünmək qorxuncdur”.

“Entoni Qordon elit liqada deyilmiş kimi görünür. Dəhşətli oyun”.

“Mən Qordon ətrafında yardılan ajiotajı heç vaxt başa düşmədim və indi özümü haqlı hiss edirəm”.

Seçilən
55
7
publika.az

10Mənbələr