AZ

“Motivasiya və fiziki hazırlığım qərarımı müəyyən edəcək”

"Formula 1"in ikiqat dünya çempionu, "Aston Martin"in pilotu Fernando Alonso 2026-cı il mövsümündən sonra karyerası ilə bağlı qərarına təsir edə biləcək amillərdən danışıb.

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" təcrübəli pilotçunun dediklərini belə çatdırıb. 

"Bu, çox vacib mərhələ olacaq. Düşünürəm ki, gələn ilin necə başlayacağına və motivasiyamın hansı səviyyədə olacağına baxmalı olacağam. Hər il fərqli ovqat olur. Özümü nə qədər rəqabətədavamlı hiss edəcəyim, fiziki formamı saxlamağa nə qədər həvəsli olacağım, şəxsi vəziyyətim, ailə durumum – bütün bunlar həyatda vacib qərarların qəbulunda rol oynayır"

Xatırladaq ki, ispaniyalı pilotun hazırkı müqaviləsi həmin mövsümün sonunda başa çatır.

Seçilən
292
50
90deqiqe.az

10Mənbələr