EN

Azərbaycan qazı Macarıstanın enerji strategiyasında mühüm yer tutur - Ekspert (MÜSAHİBƏ)

Bakı. Trend:

Macarıstanın enerji balansında Azərbaycan qazının rolununartması, ölkənin enerji mənbələrinin şaxələndirilməsi üzrə stratejikursuna tam uyğundur.

Bunu Trend-əmüsahibəsində Macarıstanın Beynəlxalq Əlaqələr və Ticarətİnstitutunun tədqiqatçısı Zoltan Egereşi danışıb.

“Hazırda Azərbaycan qazı Macarıstanın enerji balansında hələ kikiçik paya malik olsa da, onun rolunun artacağı gözlənilir. Bu,Macarıstanın bir tədarükçüdən asılılığı azaltmaq və Azərbaycan kimietibarlı tərəfdaşlarla əməkdaşlığı genişləndirmək məqsədini daşıyandaha geniş enerji şaxələndirmə strategiyasına uyğundur”, - deyəekspert qeyd edib.

İllik təxminən 9 milyard kubmetr qaz istehlakı ilə Macarıstanregionun ən böyük təbii qaz bazarına malik ölkələrindəndir.

“Şərqi Avropada son geosiyasi dəyişikliklər – xüsusiləUkraynadakı müharibənin səbəb olduğu enerji böhranı – AzərbaycanınAvropa, xüsusilə də coğrafi baxımdan yaxın ölkələr üçün stratejiəhəmiyyətini xeyli artırıb. Bolqarıstan və Serbiya kimi Cənub-ŞərqiAvropa ölkələri ənənəvi tədarükçülərdən asılılığı azaltmaq vəenerji təhlükəsizliyini artırmaq məqsədilə artıq Azərbaycan qazınınidxalına başlayıblar. Macarıstan da bu regional tendensiyayaqoşularaq Azərbaycanla qaz tədarükü üzrə saziş imzalayıb ki, bu daikitərəfli enerji əməkdaşlığında mühüm mərhələ sayılır”, – Egereşibildirib.

Ekspert vurğulayıb ki, son illərdə Azərbaycan ilə Macarıstanarasında ikitərəfli münasibətlər “qızıl dövrə” qədəm qoyub .Onunsözlərinə görə buna, iki ölkə arasında artıq mövcud olan dostmünasibətləri daha da gücləndirən ümumi geosiyasi, enerji vəiqtisadi maraqlarlar təkan verib.

“Azərbaycan Macarıstanın 2010-cu illərin əvvəlində Avropaİttifaqına üzv olmayan ölkələrlə iqtisadi və siyasi əlaqələrigenişləndirmək məqsədilə başladığı ‘Şərqə açılış’ siyasətininuğurlu nümunələrindən birinə çevrilib. Bu strategiya Azərbaycanınçoxvektorlu xarici siyasəti ilə tam üst-üstə düşür. Macarıstanın2018-ci ildə Azərbaycanın dəstəyi ilə Türk Dövlətləri Təşkilatınamüşahidəçi kimi qoşulması ikitərəfli əlaqələri daha dagücləndirərək davamlı dialoq və əməkdaşlıq üçün sabit institusionalplatforma təmin edib”, – Egereşi bildirib.

Ekspert əlavə edib ki, Macarıstan Azərbaycanın ərazi bütövlüyünüvə Azərbaycan ilə Ermənistan arasında sülh səylərinidəstəkləyir.

“Macarıstan anlayır ki, regional sabitlik əlaqələringenişləndirilməsi üçün zəruri şərtdir, xüsusilə də potensial olaraqZəngəzur dəhlizinin açılması fonunda. Bu dəhliz Orta Dəhlizingücləndirilməsində mühüm rol oynaya bilər”, – Egereşi bildirib.

Ekspertin sözlərinə görə, regional sabitlik birbaşa enerjitəhlükəsizliyi ilə bağlıdır və bu məsələ 2022-ci ildən etibarənMacarıstan üçün strateji prioritetə çevrilib.

“Bu kontekstdə ikitərəfli enerji əməkdaşlığı güclənib: MOL vəMVM kimi macar şirkətləri Azərbaycanın enerji sektoruna sərmayəyatırmağa başlayıblar və Azərbaycan Macarıstana təbii qaz ixracınastart verib. Bundan əlavə, Azərbaycanın elektrik enerjisiniGürcüstan, Qara dəniz, Rumıniya və Macarıstan vasitəsilə MərkəziAvropaya nəql etməyi hədəfləyən ‘Yaşıl enerji dəhlizi’ təşəbbüsüinkişaf edir və bu, bərpa olunan enerji və dayanıqlı inkişafsahəsində gələcək vəd edən ikitərəfli əməkdaşlıq istiqamətisayılır”, - deyə Egereşi vurğulayıb.

Nəqliyyat sahəsində əməkdaşlığa toxunan ekspert qeyd edib ki,Azərbaycan Rusiyanı və İranı keçmədən Orta Dəhlizin inkişafındahəlledici rol oynayır.

Coğrafi mövqeyinə görə Azərbaycan Şərqlə Qərb arasında yeniəlaqə infrastrukturunun təməl daşına çevrilir. Mərkəzi Asiyadankeçən bütün əsas nəqliyyat və ticarət marşrutları Azərbaycanınərazisindən keçir ki, bu da onun geostrateji və iqtisadiəhəmiyyətini artırır. Avrasiya ticarət şəbəkələrində iştirakını"Şərqə açılım" siyasəti çərçivəsində fəal şəkildə genişləndirməyəçalışan Macarıstan üçün Orta dəhlizin və əlaqədar Trans-Xəzərlayihələrinin inkişafı mühüm perspektivlər açır”, -deyə obildirib.

Onun sözlərinə görə, bu marşrutlar Asiya ilə Mərkəzi Avropaarasında nəqliyyat müddətini qısaltmaqla yanaşı, dəyişkən geosiyasişəraitdə təchizat zəncirlərinin dayanıqlılığına da töhfə verir.

“Ümumilikdə, Orta dəhliz və Trans-Xəzər əlaqəliliyiçərçivəsindəki təşəbbüslər Azərbaycan-Macarıstan stratejitərəfdaşlığının enerji əməkdaşlığından ticarət, infrastruktur vəlogistikanı əhatə edən daha geniş və çoxşaxəli alyansa keçidi üçünkonkret platformanı təmin edir”, – deyə Egereşi vurğulayıb.

Onun sözlərinə görə, Macarıstan TDT-nin məqsədlərinə sadiqliyiniardıcıl şəkildə nümayiş etdirir və təşkilata üzv dövlətlərləəməkdaşlığın möhkəmləndirilməsinə fəal şəkildə çalışır. Bu istəyinparlaq təzahürü 2019-cu ildə Budapeştdə TDT Nümayəndəliyinin – türkdünyasından kənarda təşkilatın ilk ofisinin – açılması ilə özünübüruzə verdi. Bu, Macarıstanın türk dövlətləri ilə Avropa İttifaqıarasında körpü rolunu oynamaq niyyətinin strateji səviyyədaşıdığını göstərir.

“Macarıstan öz siyasi bəyanatlarını konkret addımlarla – ocümlədən Türk İnvestisiya Fonduna qoşulmaqla möhkəmləndirir.Budapeştdə 2025-ci ildə keçirilən TDT-nin qeyri-rəsmi zirvətoplantısı ilə onun fəallığı yeni səviyyəyə yüksəlib. Bu əlamətdarhadisə yalnız Macarıstanın xarici siyasətində çoxvektorlu vəproaktiv yanaşmanın güclənməsini deyil, həm də onun türkinstitusional strukturlarında etibarlı tərəfdaş kimi statusunumöhkəmləndirir”, – deyə o bildirib.

Egereşi bildirib ki, sammitin yekunu olaraq qəbul ediləcəkBudapeşt Bəyannaməsi gözlənildiyinə görə TDT-ə üzv və müşahidəçidövlətlər arasında əməkdaşlığı daha da gücləndirəcək, birgətəşəbbüslərə əlavə təkan verəcək və “Türk Dünyası – 2040”konsepsiyasının praktikada həyata keçirilməsinə vəsilə olacaq.

“Bu, eyni zamanda Macarıstanın uzunmüddətli strateji məqsədini –daha geniş siyasi, iqtisadi və mədəni şəbəkələrə inteqrasiyavasitəsilə türk tərəfdaşları ilə əlaqələri dərinləşdirmək niyyətiniəks etdirir. Macarıstan fəal iştirakı ilə türk dövlətləri üçün'Avropa qapısı'na çevrilməyə və daha qarşılıqlı əlaqəli, dayanıqlıAvrasiya məkanının formalaşmasına töhfə verməyə çalışır”, – deyə oqeyd edib.

Ekspertin sözlərinə görə, TDT çərçivəsində və ikitərəflisəviyyədə türk əməkdaşlığının gücləndirilməsi Mərkəzi Asiyadasərhəd mübahisələrinin nizamlanmasında və Cənubi Qafqazdasabitliyin artırılmasında mühüm rol oynayıb. Artan qarşılıqlıəlaqə, enerji sahəsində dərinləşən tərəfdaşlıq və əsas geosiyasi vəiqtisadi məsələlər üzrə ortaq maraqların dəqiq ifadəsi TDT-ə üzvdövlətlərinin beynəlxalq nüfuz və təsirinin artmasına şəraityaradıb.

Məqalədə:
Chosen
40
10
az.trend.az

10Sources