EN

Stefano Pioli “Yuventus”u çalışdıra bilər

“Əl-Nəsr”in baş məşqçisi Stefano Pioli “Yuventus”un maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın “La Gazzetta dello Sport"a istinadən yaydığı məlumata görə, Turin klubu artıq 59 yaşlı mütəxəssisin nümayəndələri ilə ilkin təmas qurub. Klub rəhbərliyi Piolini baş məşqçi postuna əsas namizədlərdən biri kimi qiymətləndirir.

İtaliyalı çalışdırıcı hazırda Səudiyyə Ərəbistanı təmsilçisi ilə 2027-ci ilin ortalarına qədər müqaviləyə malikdir. Lakin yayılan məlumatlara görə, Pioli yaxın vaxtlarda “Əl-Nəsr”dən ayrıla bilər.

Chosen
48
14
90deqiqe.az

10Sources