"Britaniya ən azı altı sursat fabriki tikməli və Kral Hərbi Hava Qüvvələrinin inventarındakı uzaqmənzilli raketlərin sayını artırmalıdır".
Operativ Media xəbər verir ki, bunu Britaniyanın Baş naziri Keir Starmer The Sun-a bildirib:
"Bu gün İngiltərədə ən azı altı yeni döyüş sursatı fabriki tikəcəyimizi və 1000-dən çox ixtisaslı sənaye işi yaratacağımızı elan edirik. Biz həmçinin silahlı qüvvələrimiz üçün 7000-ə qədər uzaqmənzilli silah istehsal edəcəyik”.
Baş nazirin sözlərinə görə, “yeni nüvə riskləri”, kiberhücumlar və Rusiya, İran və KXDR arasında dərinləşən əməkdaşlıq Böyük Britaniyanı milli müdafiəsini gücləndirməyə vadar edir: "Bizi qabaqcıl hərbi qüvvələrə malik dövlətlər birbaşa təhdid edir, ona görə də biz döyüşməyə və qalib gəlməyə hazır olmalıyıq".