“Biz Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin birgə bankının yaradılması ilə bağlı təklifi bu təşkilata təqdim etmişik”.
Operativ Media xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin bildirib.
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mərkəzi banklarının rəhbərlərinin iclasında iştirak etmək üçün Çinə səfər edən Məhəmməd Rza Fərzin bildirib ki, bu səfərin məqsədi təşkilata üzv ölkələr arasında pul və bank əməkdaşlığının artırılması yollarını araşdırmaq, eləcə də üzv ölkələrin mərkəzi banklarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirməkdir.
Mərkəzi Bankın sədri Şanxay Əməkdaşlıq Təşkilatını mühüm regional təşkilat kimi xarakterizə edərək deyib: “Çin, Hindistan və Rusiya kimi böyük iqtisadiyyatlar daxil olmaqla, dünya əhalisinin 45 faizini təşkil edən və qlobal iqtisadiyyatda çox yüksək paya malik olan 10 ölkə bu təşkilatın üzvüdür”.