Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri iyunun 5-6-da Hindistanda görüşəcək.
Operativ Media xəbər verir ki, bu barədə “Economic Times” məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Yeni Dehli Mərkəzi Asiyadan olan beş xarici işlər nazirini qəbul edəcək.
Nazirlər iyunun 5-də keçiriləcək Hindistan-Mərkəzi Asiya biznes forumunda iştirak edəcək.
Qeyd edək ki, 2020-ci ildə fəaliyyətə başlayan forum Hindistan ilə beş Mərkəzi Asiya ölkəsi - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan arasında ticarət, investisiya və iqtisadi əməkdaşlığın təşviqi üçün əsas institusional platformaya çevrilib.